Lavrovun Nalbandyanla görüşündən: `Bu, yolverilməzdir`


14:09     09 Aprel 2016 lavrov%20nalba8.jpg

Rusiya və Ermənistan XİN rəhbərləri Sergey Lavrov və Edvard Nalbandyan Dağlıq Qarabağ bölgəsində vəziyyətin gərginləşməsini müzakirə edib.


Bu barədə Femida.az `RİA Novosti`yə istinadən xəbər verir.

Lavrov vurğulayıb ki, cəbhədə vəziyyət gərginləşməyə başlayan kimi Rusiya atəşkəsin dayandırılması ilə bağlı tədbirlər görməyə başlayıb. Münaqişə zonasında gücün tətbiqinin yolverilməz olduğunu bildirən Lavrov, atəşkəs rejiminin tətbiq olunması haqqında razılaşmaya əməl etmənin vacib olduğunu bildirib.

Lavrov, həmçinin Nalbandyanı Bakıda baş tutan Rusiya-Azərbaycan görüşləri barədə də məlumatlandırıb.

Açar sözlər:

Oxunub: 2911